Güneyli aktivist Asena Şəbaniyə qarşı Təbriz şəhəri Prokurorluğunun Birinci İstintaq Şöbəsində iş açılıb.
Onun bildirməsinə əsasən istintaq orqanı tərəfindən yoldaşı Asenaya SMS mesajı gəlib və əleyhinə 0201638 arxiv nömrəsi ilə iş açıldığını bildiriblər.
Həmçininq işin tədqiqat üçün Təbriz şəhəri Behişti adına İstintaq Kompleksinə göndərildiyi və yoldaşının prokurorluğa çağırılacağı qeyd olunub.