Güney Azərbaycan milli hərəkatının aktivisti Əlirza Fərşi aldığı elektorn bildirişdə ondan məhkəməyə gəlməsi tələb olunub.
Məhkəmə sisteminin bildirişində onun 5 gün ərzində Şərqi Azərbaycan Əyaləti Mərənd rayonu Prokurorluğunun 4-cü Şöbəsinə gələrək ittihama qarşı istintaq olunacağı bildirilib.
Xatırladaq ki, Əlirza Fərşi açılmış iş barədə 2024-cü ilin noybarında məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə işinin yaşadığı Mərənd rayonunda keçirilməsinin istəyib. Yekun nəticədə Tehran şəhəri məhkəməsi onun ərizəsi ilə razılaşmışdır.
Qeyd edək ki, ötən bir neçə ayda Təhlükəsizlik İdarəsi onunla dəfələrlə telefon əlaqəsi saxlayaraq ifadə vermək üçün İdarəyə gəlməsini tələb etmişdir.
Lakin cənab Fərşi telefonla çağırışın qanuna zidd olduğunu deyərək və yazılı bildiriş tələb etməklə İdarənin tələbindən imtina edib.
Əliriza Fərşi Şərif adına Sənaye Universitetinin proqram yazma ixtisası üzrə məzunudur. Həmçinin Culfa rayonu Beynəlxalq Univeristetinin müəllim olub. Lakin Azərbaycan üzrə fəaliyyətlərinə görə universitetdən qovulub.
O, Güney Azərbaycanın hüquqaların ımüdafiə etdiyi səbəbsindən 4 ilədək həbsə məhkum olunub.
Həbsindən 3 il 3 ay çəkəndən sonra 2023-cü ilin fevral ayında Tehran şəhəri Evin Həbsxanasından azad olunub.
Aktivist bir neçə il öncə “hər bir türk kəndi üçün bir türk kitabxanası” komaniyasına start verdiyinə görə Təhlükəsizlik İdarəsi tərəfindən dəfələrlə təzyiqlərə və həbsə məruz qalıb.