Güneyli milli-mədəni fəallar Muxtar İbrahimi və Musa Ziya Gərgəri həbs və cərimə cəzasına məhkum ediliblər.
Hər iki fəal “hökumətə qarşı təbliğat”da ittiham olunublar.
Qeyd edək ki, 2020-ci ilin sonlarında Marağa Məhkəməsinin birinci bölməsi Muxtar İbrahimini “hökumətə qarşı təşkilat və qrup yaratmaq” və “müxalif kanal və cərəyanlara üzv olmaq” ittihamına görə 10 il həbs cəzasına, Musa Ziya Gərgərini isə “hökumətə qarşı fəaliyyət” ittihamına görə 1 il həbs cəzasına məhkum etmişdi.
Hər iki fəal bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə görə saxlanılıb, dindirilib və qondarma ittihamlarla mühakimə olunublar.