Güneyli fəallar həbs edildi

by Samir Asadli

2022-ci il kütləvi etiraz aksiyalarında iştirak edən güneyli fəallar Pejman İslami və Əlirza Şirdel həbs ediliblər.

Öncədən xəbərdarlıq ediləmədən və çağırış vərəqəsi göndərilmədən Pejman İslami Təbriz, Əlirza Şirdel isə Həmədan şəhərinin həbsxanasına köçürülüb.

“Hakimiyyətə qarşı fəaliyyət” ittihamı ilə saxlanılan Pejman İslami və Əlirza Şirdel dünən həbs olunaraq Təbriz və Həmədan şəhər həbsxanalarına köçürülüblər.

Qeyd edək ki, bundan əvvəl Təbriz İnqilab Məhkəməsi “hakimiyyətə qarşı fəaliyyət” ittihamına görə Pejman İslamini 5 il, Əlirza Şirdeli isə 2 il müddətinə azadlıqdan məhrum edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK