Güneyli fəallar məhkəməyə çağırılıb

by Samir Asadli

Təbrizdə yaşayan milli-mədəni fəallar Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amani Təbriz Prokurorluğunun 15-ci istintaq şöbəsinə çağırılıblar.

Çağırış vərəqəsində həmin şəxslərdən barəlırində irəli sürülən ittihamlarla bağlı son müdafiələrini etmək üçün beş gün ərzində adıçəkilən şöbəyə getmələri tələb olunub.

Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinin hakimi Seyid Əli Musəvi adıçəkilən fəallara qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürüb.

Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar.

Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK