Güneyli fəallar prokurorluğa çağırılıb

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının aktivisti Vədud Əsədi və Səid Minayi bildiriş alaraq Tehran şəhəri porokurorluğuna gəlmələri tələb olunub.

Tehran Prokurorluğunun 5-ci Şöbəsi bildiriş göndərməklə aktivist Vədud Əsədinin elan olunmuş ittihamlara qarşı ifadə verəcəyi bildirilib.

Xatırladaq ki, aktivist Rəşt şəhəri sakinidir və 2024-cü ilin fevralında Təhlükəsizlik İdarəsinin məmurları tərəfindən saxlanılaraq Tehran şəhəri Evin Həbsxanasında yerləşən Təhlükəsizlik İdarəsinin palatasına köçürülüb.

O, martın 9-u zəmanət qismində 800 milyon tümən dəyərində mülk sənədi qoyuluşu ilə açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər müvəqqəti azad olunmuşdur.

Həmçinin Tehran şəhəri Prokurorluğunun 5-ci Şöbəsi elektron bildiriş göndərməklə aktivist Səid Minayinin 5 gün ərzində prokurorluğa gəlməsi tələb olunub.

سعید مینایی به‌ شعبه‌‌ ۵ بازپرسی دادسرای‌ اوین احضار شد

Aktivistə qarşı “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olma və toplaşma” ittihamı elan olunub.

Minayi binab şəhəri sakinidir və 2024-cü ilin  fevralında saxlanılıb. Həmin ilin mart ayının 13-ü zəmanət qismində 700 milyon tümən dəyərində mülk sənədi qoyuluşu ilə açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər müvəqqəti azad olunmuşdur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK