Güneyli fəallar Tehrana köçürüldü

by Samir Asadli

Bir neçə gün əvvəl Qərbi Azərbaycan əyalətinin Urmu və Şərqi Azərbaycan əyalətinin Binab şəhərlərində həbs edilən Salar Tahir Əfşar və Səid Minayi Tehranın Evin həbsxanasına köçürülüblər.

Bu barədə onların yaxınları məlumat yayıb.

Qeyd edək ki, hər iki fəal fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs edilib, onların evlərinə axtarış aparılıb.

Fəalların nədə ittiham olunduqları və həbs səbəbləri barədə ailələrinə məlumat verilmir.

Hər iki fəal bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə təqib və həbs ediliblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK