Güneyli fəallara bildiriş göndərilməklə məhkəməyə gəlmələri tələb olunub

by Samir Asadli

Aktivistlər Salar Tahir Əfşar və Milad Cəliliyə qarşı açılmış işlərə baxılması üçün məhkəməyə gəlmələri istənilib.

Bildiriş məhkəmə işləri üzrə Elektron Qeydiyyat Sistemi vasitəsi ilə  gönədirlib.

Bildirişdə onların yanvar ayının 27-i səhər saat 10-da Təbriz şəhərinin “İnqilab” Məhkəməsinin İkinci Şöbəsində olmaları istənilib.

Xatırladaq ki, Milad Cəlili (Elşən) hal-hazırda Təbrizin Mərkəzi Həbsxanasında saxlanılır.

Açılmış işlər üzrə güney azərbaycanlı aktivistlərin məhkəmədə müdafiəsini vəkil Əsğər Məhəmmədi üzərinə götürüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK