Güneyli fəallara işgəncə verilib

by Samir Asadli

Təbrizin təhlükəsizlik təcridxanasında saxlanılan və bir neçə gün əvvəl müvəqqəti sərbəst buraxılan milli fəallara işgəncə verilib.

Bu barədə Almaniyada yaşayan güneyli vəkil Sina Yusifi zərərçəkənlərə istinadən məlumat yayıb.

O, Davud Şiri və Araz İbrahimnəjadın kabellərlə döyüldüyü və elektrik şoku ilə işgəncə edildiklərini bildirib.

Bununla yanaşı vəkil, sərbəst buraxılanlara istinadən hazırda təcridxanada saxlanılan Əli Babayi, Cavad Sudbər və Yürüş Mehrəlibəylinin davamlı döyüldüklərini qeyd edib.

Sina Yusifi fəalların Təbrizin Bağşimal bölgəsində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı “Qara mərkəz” adlandırılan qeyri-rəsmi təcridxanalarında saxlanıldıqlarını yazıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK