Güneyli gənc fəal Barbəd Dadaşzadə Kərəc zindanında qeyri-müəyyən şəraitdə saxlanılır. Onun vəkillə təmin olunmasına icazə verilmir.
Oktyabrın əvvəlində həbs edilərək Kərəc həbsxanasının 1-ci bölməsinə köçürülən güney azərbaycanlı fəal Barbəd Dadaşzadə qeyri-müəyyən vəziyyətdə saxlanılır.
İnsan haqları müdafiəçilərinin verdiyi məlumata görə, iki aydır həbs olunmasına baxmayaraq Dadaşzadəyə qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.