Güneyli güləşçi Əbülfəzl Çobani Asiya çempionu oldu

by Samir Asadli

İordaniyada keçirilən Asiya çempionatında güneyli idmançlı Əbülfəzl Çobani böyük uğur qazanıb.

Şərqi Azərbaycanın Miyana şəhərindən olan Əbülfəzl Çobani 87 kq çəki dərəcəsində qızıl medal qazanaraq birinci yeri tutub.

Şərqi Azərbaycan İdman və Gənclər Baş İdarəsinin yaydığı məlumata görə, o, final görüşündə qazaxıstanlı Nurasil Amanlıya 9:0 hesabı ilə qalib gələrək Asiya çempionu olub.

Nurasil Amanlı ikinci, özbəkistanlı Abdulla Əbdül Mütəlib və qırğızıstanlı Jeniş Jumabkov isə birlikdə üçüncü olublar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK