Güneyli hüquq müdafiəçisi xəstəxanaya köçürüldü

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan və ürək çatışmazlığından əziyyət çəkən Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün xəstəxanaya köçürülüb.

Bu barədə onun adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Həkimlər onun ürəyinin iki damarının tıxanması, ürəyin ətrafında mayenin yığılması və qida borusunun şiddətli iltihabından əziyyət çəkdiyini bildiriblər.

Məhəmmədinin vəziyyətinin ağır olmasına baxmayaraq, bundan əvvəl həbsxanada məcburi hicab bağlamadığına görə xəstəxanaya köçürülməsinə icazə verilməmişdi.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK