İran Ali Məhkəməsi 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı həbs edilən Güney azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə barədə çıxarılan 6 il həbs və 10 il sürgün qərarını təsdiq edib.
Vəkil çıxarılan qərarın İran Məhkəməsinin Hökmlərin İcrası İdarəsinə göndərildiyini və ondan şikayət verməyin mümkün olmayacağını bildirib.
Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.
O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.