Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı və Kunq-fu ustası Əqil Qardaşzadə dördüncü dəfə olaraq Ginnesin rekordlar kitabına düşüb.
Bildirilib ki, Ə.Qardaşzadə beş kiloluq çəki ilə yumruq vurmada ən çox zərbə vurma rekordu qıraraq amerikalı idmançını üstələyib.
5-ci Dan qara kəmər sahibi olan Qardaşzadə Kun-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.
Qeyd edək ki, o, “Traktor” İdman Klubunun üzvü, “Traktor” futbol komandasının azarkeşidir.