Güneyli işçi hərəkatı fəalının müalicəsinə icazə verilmədi

by Samir Asadli

Bir neçə xəstəlikdən əziyyət çəkən və hazırda Tehranın Evin həbsxanasında saxlanılan güneyli işçi hərəkatı fəalının müalicəsinə növbəti dəfə icazə verilməyib.

Bu barədə Tehran və Şəhərətrafı Avtobus İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb.

Məlumatda bildirilib ki, həkimlərin məhbusun cərah əməliyat edilməli olduğu barədə arayışlarına baxmayaraq həbsxana rəhbərliyi onun tibbi məzuniyyətə buraxılmasına mane olub.

Onlar Şəhabinin məhkumluq dövrünün üçdə birini tamamlamadığına görə məzuniyyət hüququndan istifadə edə bilməyəcəyini deyiblər.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK