Güneyli işçilər etiraz aksiyası keçirdi

by Samir Asadli

Şərqi Azərbaycanın Mərənd şəhərində meyvə şirələri və konsentratlar istehsal edən zavodun işçiləri etiraz aksiyası keçiriblər.

Bu barədə onlar sosial media hesablarında paylaşım ediblər.

İşçilər əmək haqlarının az olmasına, maaşlarının verilməməsinə və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına narazılıqlarını bildiriblər.

Zavodun məhsullarının istehsalı və tədarük zəncirinin müxtəlif hissələrində 700-dən çox insan fəaliyyət göstərir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK