Hazırda Tehranın Evin həbsxanasında saxlanılan jurnalist Nazila Mərufiyana qarşı cinsi zorakılıq edilib.
Jurnalist qeyd-şərtsiz azadlığa buraxılması, ləyaqətinin bərpası və həbsi zamanı onu döyən məmurların cəzalandırılması tələbi ilə sentyabrın 1-dən aclıq aksiyasına əl atıb.
Nazila Mərufiyan bu il dördüncü dəfədir həbs edilir. O, “hakimiyyətə qarşı təbliğat” ittihamına görə 1 il həbs və 15 milyon tümən cəriməyə məhkum ediliib.
Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.
Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.