Əslən azərbaycanlı olan jurnalist və ictimai fəal Nəsim Sultanbəyli girov qarşılığında müvəqqəti olaraq Tehranın Evin zindanından sərbəst buraxılıb.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 100-ə jurnalist həbs edilib.
Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.