Güneyli məhbus 9 gündür ki, aclıq aksiyasına başlayıb

by Samir Asadli

Güneyli məhbus Cavad Sudbərin həyat yoldaşı onun 9 gündür ki, aclıq aksiyasına başladığını deyib.

İlham Həbibi öz İnstaqram hesabında yoldaşının Təbrizin Təhlükəsizlik İdarəsində aclığa başladığı barədə məlumat verib.

Xanım Həbibi bütün azadlıqsevər və azərbaycanlı aktivistlərdən beynəlxaql insan haqları qurumlarında onun və həbsdə olan məsləkdaşlarının ədalət səsi olmasını xahiş edib.

O, həmçinin bildirib ki, güneyli məhbus Cavad Sudbərə ailəsi və yaxud qohumları ilə hər hansı əlaqə saxlamağa, hətta telefon əlaqəsinə icazə verilmir. Bu səbəbdən yoldaşının sağlamlığı barədə nigaran qaldığını bildirib.

Qeyd edək ki, Cavd Sudbər və Əli Babai 96 gün, Yürüş Mehrəlibəyli isə 41 güdür ki, Təbrizin Təhlükəsizlik İdarəsində saxlanılır. Məlumata əsasən onlara ailələri ilə telefon əlaqsəinə və ya görüşməyə icazə verilmir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK