Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizinin ailəsi ilə görüşü və telefon əlaqəsinə qadağa qoyulub.
Bildirilib ki, 40 gündən çoxdur qeyri-müəyyən şəraitdə və ittiham elan olunmadan həbsdə saxlanılan fəalın girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına icazə verilmir.
Qeyd edək ki, keçmiş siyasi məhbus Yaşar Təbrizini sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları həbs edib.
Bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də “hökumətə qarşı təbliğat” ittihamına görə bir illik həbs qərarı çıxarılıb.