Güneyli məhbuslar aclıq aksiyası keçirirlər

by Samir Asadli

Həbs edilən, təhlükəsizlik təcridxanasına köçürülərək işgəncə verilən güneyli məhbuslar aclıq aksiyasına əl atıblar.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların qanunsuz həbs edildikləri və zorakılığa məruz qaldıqlarına görə aclıq aksiyasına başladıqları bildirilib.

Qeyd edək ki, mədəni fəallar Əli Babayi, Davud Şiri, Araz İbrahimnəjad, Əmir Hüseyn Ağayi, Seyid Rza Müvəhhid və Cavad Sudbər sentyabrın 13-də həbs ediliblər.

Peyman İbrahimi Dinvəri isə avqustun 26-da Təbrizdə şəxsi mənzilində həbs edilib.

Onlara qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilməyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK