Güneyli milli fəal aclıq aksiyasına başlayacağını bildirib

by Samir Asadli

Təhlükəsizlik məmurlarının qanuna zidd davranışlarına etiraz olaraq Güneyli aktivist Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlayıb.

Hüccət-ül-ilsam Əzimi Qədim ailəsi ilə icazə verilmiş qısa telefon əlaqəsində bildirib ki, Təhlükəsizlik İdarəsinin qanuna zidd hərəkətlərinə etiraz olaraq aclıq aksiyasına başlayacaq.

Xatırladaq ki, aktivist fevralın 7-də Qum şəhərindən Tehran şəhərinə qayıdarkən Vəramin rayonu Qərçək şəhərində İran hakimiyyətinin təhlükəsizilik qüvvələri tərəfindən saxlanılaraq Tehran şəhəri Evin Həbsxanasına aparılıb.

Əzimi Qədim “ölkədən xaric şəxslərlə ölkənin milli təhlükəsizliyinə qarşı əməkdaşlıqda” ittiham olunduğunu bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK