Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan milli-mədəni fəal Babək Rəhməti həbs edilib.
Babək Rəhməti bundan əvvəl 2019-cu ilin dekabr ayında da, Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü mərasimlərində iştirak etdiyinə görə həbs edilmişdi.
Qeyd edək ki, son bir ay ərzində Güney Azərbaycan şəhərlərində çox sayda milli fəal saxlanılıb.
Onların həbsini əsaslandırmaq üçün bir neçəsinə qarşı saxta ittihamlar irəli sürülüb.