Aprelin 14-də Tehranın Evin həbsxanasında saxlanılan 4 milli fəal Tehranın 33-cu bölgəsinin Ümumi və İnqilab Prokurorluğunun 5 saylı bölməsində dindiriliblər.
Bu barədə Abbas Lisanni adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.
Bildirilib ki, Mürtəza Pərvin, Kərəm Mərdanə, Hüseyn Piri və Tahir Nəqəvi, barələrində irəli sürülən ittihamlara bağlı müdafiə çıxışı ediblər
Mustəbtiq Nasir Celayiri Ronəqi, ittihamları saxta adlandıran Mürtəza Pərvini uzun müddətli həbslə təhdid edib.
“Bu ana qədər istintaq olunmadın, sənə dözdüm, ancaq xəbərdarlıq edirəm ki, səni uzun müddətli həbs gözləyir”,-Cəlayiri məhbus fəalı hədələyib.
Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.
M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.
İnsan haqları müdafiəçilərinin yaydığı məlumata görə, Evin həbsxanasında saxlanılan başqa fəalların barəsində isə dəqiq məlumat verilmir.
Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi və Kərəm Mərdanənin də barələrində çıxarılan həbs qətimkan qərarının uzadılacağı ehrimal edilir.