Güneyli fəallar polis idarələrinə çağırılır

by Samir Asadli

Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıblar.

Bu barədə fəalların yaxınları sosial media vasitəsilə məlumat yayıblar.

Məlumatda Təbriz, ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurlarının fəallara zəng edərək onlardan bir sıra suaları cavablandırmaq üçün idarələrə getmələrini tələb ediblər.

Firuz Əkbərzadə Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Colani, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə və b… təhlükəsizlik idarələrinə çağırılanlardan bir neçəsidir.

Onların demək olar ki əksəriyyəti bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkum edilib və həbs həyatı yaşayıblar.

Milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandıraraq idarələrə getməkdən imtina ediblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK