Avqustun 29-da təqaüdə çıxmış ərdəbilli müəllim Qulamrza Əsgəri təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
O, bildirib ki, avqustun 29-da müəllimlərin etiraz aksiyasına hazırlaşmalarından əvvəl təhlükəsizlik məmurları Qulamrza Əsgərinin evinə hücum edərək onu saxlayıb və naməlum yerə aparıblar.
B.Neməti həbs edilən müəllimin Ərdəbilin tanınmış mədəniyyət xadimlərindən və İran-İraq müharibəsi qazilərindən olduğunu, ailəsinin onun harada saxlanılması ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını deyib.
Qeyd edək ki, avqustun 29-da Ərdəbil, Urmu və Təbriz şəhərlərində təqaüdçü müəllimlər etiraz aksiyası keçiriblər.
Etirazçı müəllimlər “Məhbus müəllim azad edilsin!” yazılmış plakatlar qaldıraraq, həmkarlarının sərbəst buraxılmasını tələb ediblər.