Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan müəllim və Müəllimlər Birliyinin İdarə Heyətinin fəal üzvü Əli Hacının 6 ay müddətinə müəllimlik fəaliyyətinə qadağa qoyulub.
Əli Hacı bir neçə gün əvvəl “Bütün İran xalqını həbs edib” məzmunlu paylaşım edərək hökumətin repressiyalarına etirazını bildirmişdi.
Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.
Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.