Təhlükəsizlik İdarəsinin məmurları Aşqın İmaminin Qoşaçay (indiki Mainduab) şəhərində mənzilinə gedərək axtarış aparıb və onun bir sıra şəxsi əşyalarını, o cümlədən mobil telefonunu zəbt ediblər.
Xanım İmaminin yaxınları bildirblər ki, müğəninin evində axtarış məhkəmə qərarı olmadan aparılıb. Həmçinin mənzildə kəskin axtarışlar və məmurların qaydalara uzlaşmayan hərəkətləri onun övladının qorxmasına səbəb olub.
Azərbaycan mahnıları və musiqilərinin ifaçısı Aşqın İmami virtual məkdanda Azərbaycan dili kursları keçirir.
Həmçinin Güney Azərbaycanın Traktor Futbol Komandasının bir yarışmasına baxaraq “sən yaşa Azərbaycan” mahnısını oxumasından sosial şəbəkələrdə paylaşılmış videosu yüksək qarşılanıb.