Zəncan əyalətinin Əbhər şəhərindən olan müharibə əlili Məhəmməd Vəli Heydərbeygi 13 il azadlıqdan məhrum edilib.
O, “düşmən dövlətlərlə əməkdaşlıq”, “İslam Respublikasına qarşı təbliğat”, “rəhbəri təhqir etmək”, “milli təhlükəsizliyə qarşı fəaliyyət və müxalif təşkilatlara üzvlük”də ittiham edilib.
İran-İraq müharibəsində hər iki ayağını itirən Heydərbeygi 19 noyabr 2022-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, 14 dekabrda isə 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.