Təbrizli rəssam və karikaturaçı Elnaz Xakzadın rəsm əsərləri Türkiyənin Antaliya şəhərində sərgilənib.
Təbrizli rəssamın nümayiş etdirilən əsərləri “Dədə Qorqud” əsərinin dastanları əsasında çəkilib.
Noyabrın 3-də başlayan festival və sərginin noyabrın 5-i axşam saatlarında bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, Elnaz Xakzad Türkiyədə təhsil alır, o, daha çox Güney Azərbaycanda baş verən ictima-mədəni və iqtisadi məsələlərlə bağlı çəkdiyi karikaturaları ilə tanınır.