Güneyli rejissor beynəlxalq festivalda mükafatlandırılıb

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan rejissor Ərturan Nəcəfinin “Noruznamə” qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası festivalının “ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalıbi olub.

Bu il Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən festivalın məqsədi türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaqdan ibarət olub.

Güneyli rejissorun filmi “Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” ilə “Buta Film”in birgə məhsuludur.

Filmin prodüserləri  Sevin Məmmədova, Ərturan Nəcəfi və “Buta Film”in başçısı İlqar Nəcəfdir.

Bununla yanaşı festivala qatılan rejissor Leyla Qənbərlinin “Böyük qırmızı ev” filmi jurinin xüsusi müjafatına layiq görülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK