Tehranın Evin həbsxanasında saxlanılan tanınmış güney azərbaycanlı rejissor Cəfər Pənahi aclıq aksiyasına keçirir.
Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi 2022-ci il iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.