Güney Azərbaycanlı rejissor Məhəmməd Əlimuradi Xoy zəlzələsi nəticəsində zərər çəkənlərə yardımla bağlı yenidən müraciət edib.
Evləri dağılan xoyluların yerləşdirildiyi çadır düşərgəsindən çəkiliş edən Məhəmməd Əlimuradi hökumətin yardımlarının yetərli olmadığını deyib.
“Burada durum ağırdır. 8 ailə bir çadırda yerləşdirilib. Bu soyuq havada çadırlarda istilik qurğularının çatışmaması əlavə çətinliklər yaradıb. Şaxtanı nəzərə alaraq çadırlar kanekslərlə əvəzlənməlidir”,- rejissor bildirib.