Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağeyi fevralın 9-u səhər saatlarında vəfat edib.
Güney Azərbaycanın tanınmış şairi Kərimi Marağeyi 1931-ci ildə Marağa şəhərində anadan olub.
Tanınmış satira ustası demək olar ki, şeirlərinin hamısını Azərbaycan türkcəsində yazıb.
Siyasi, ictimai və mədəni çatışmazlıqları satıra formasında tənqid edən satirik şairin əsərləri azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.