Güney Azərbaycan milli hərəkatının aktivisti Cəmşid Əzizi barəsində qəbul edilmiş həbs müddətini çəkmək üçün özünü Astara rayonu Həbsxanasına təqdim etməli olub.
Cəmşid Əzizi Nünəkəran mayın 7-də Güney Azərbaycanın əzəli və əbədi torpağı olan Astara rayon Məhkəmə İcraçıları Şöbəsinə müraciət edərək həbs müddətini çəkmək üçün saxlanılıb.
“Abbas Lisani” xəbər portalının bu barədə məlumatına əsasən Əzizi şöbədə olarkən video paylaşım edərək fiziki vəziyyətində problem olmadığını bildirib.
Gilan Əyaləti Birinci stansiya məhkəməsi güneyli aktivist barədə “respublikanın təhlükəsizliyinə qarşı əlbir olub toplaşma”itihami ilə 3 il 6 ay və
“İran İslam Respublikası sisteminə qarşı təbliğ fəaliyyətləri” ittihamı ilə 7 ay 16 gün həbsə çıxarıb.
Əyalətin Apellyasiya Məhkəməsi birinci stansiyanın həmin qərarlarını eynisi ulə təsdiqləyərək qüvvəsində saxlayıb.
Əzizi bundan əvvəl cari ilin aprel ayının 15-də saxlanılaraq SEPAH-ın Təhülkəsizlik Şöbəsinə aparılıb.
40 gün istintaqdan sonra açılmış iş üzrə təhqiqatın bitməsinə qədər zəmanət qismində mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunmuşdur.
Aktivistin ailəsi məlumat paylaşma barədə Təhlükəsizlik İdarəsi tərəfindən xəbərdarlıq adığına görə onun barəsində məlumat yayamaqdan çəkinib.