Güneyli siyasi məhbus yenidən cəzalandırıldı

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan Nobel sülh mükafatı laureatı və insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi barəsində yeni həbs qərarı çıxarılıb.

Bu barədə Məhəmmədinin adına fəaliyyət göstərən “İnstagram” hesabında məlumat yayılıb.

Məlumata görə, siyasi məhbus yenidən 15 ay həbs, həbsdən sonra 2 il sürgün cəzasına məhkum edilib, 2 il müddətinə ağıllı telefondan istifadə etməsinə və qruplara üzv olmasına qadağa qoyulub.

Bu, son iki il ərzində Nərgiz Məhəmmədiyə qarşı çıxarılan 5-ci cəza qərarıdır.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi bundan əvvəlki qərara görə, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK