Güneyli siyasi məhbusun həyatı təhlükədədir

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin müalicəsinə icazə verilmir.

Bildirilib ki, həbsxana rəhbərliyi bundan əvvəl Şəhabinin tibbi məzuniyyətə buraxılması ilə bağlı söz verib, ancaq aylardır bu yerinə yetirilməyib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK