Güneyli siyasi məhbusun həyatı təhlükədədir

by Samir Asadli

Evin həbsxanasında saxlanılan siyasi məhbus və azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabinin müalicəsinə icazə verilmir.

Bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan Şəhabi həbsxanada huşunu itirib.

O, müalicə üçün xəstəxanaya köçürülsə də,  iki saat sonra geri qaytarılıb və ağır vəziyyətdə kameraya salınıb.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK