Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus və işçi hərəkatı fəalı Rza Şəhabinin xəstəxanaya köçürülməsinə icazə verilməyib.
Bildirilib ki, bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan fəal həbsxana geyimindən imtina etdiyinə görə tibbi yardımdan məhrum edilib.
Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.