Güneyli sosial media fəalı həbs edilib

by Samir Asadli

Təhlükəsizlik məmurları təbrizli sosial media fəalı Hüseyn Mənuçöhrini həbs ediblər.

Bu barədə onun ailəsi məlumat yayıb.

Fəalın ailəsi bildirib ki, o, 10 gün əvvəl yoxa çıxıb və bütün əlaqə vasitələri, o cümlədən mobil telefonu qapadılıb.

10 gündən sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayan Hüseyn Mənuçöhri həbsdə olduğunu bildirib.

Onun həbs səbəbi və ittihamı, harada saxlanılması barədə məlumat verilməyib.

Sosial media fəalı son vaxtlar ölkədəki ictimai və iqtisadi məsələlərlə bağlı tənqidi fikirlərini paylaşırdı.

Saxlanılmasının paylaşımlarına görə olduğu ehtimal edilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK