İran Təhlükəsizlik və Kəşfiyyat məmurları Güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər.
Onların sözlərinə görə, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər.
Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib.
“Təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar”, – güneyli fəallar bildiriblər.
Sosial media fəallarının sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə təhdid ediblər.