Güneyli sürücülər etiraz aksiyası keçiriblər

by Samir Asadli

Güney Azərbaycanın Sofyan şəhərində yerləşən sement zavodunun sürücüləri etiraz aksiyası keçiriblər.

Bu barədə sürücülər sosial mediada paylaşım ediblər.

Sofyanın sement zavodunun mallarını daşıyan sürücülər əmək haqlarının aşağı olmasına etiraz edirlər.

Onları həmçinin rəhbərliyin maaş artımı ilə bağlı vədlərinin yerinə yetirilməməsi narazı salıb.

Qeyd edək ki, Sofyan zavodunda müxtəlif növ portland markalı boz sementin 2 istehsal bölməsi var.

Müəssisənin məhsulları Güney Azərbaycan və İran bazarının bu məhsula olan tələbatının əsas təminatçısı olmaqla yanaşı Azərbaycan Respublikası, Türkiyə, İraq, Gürcüstan və Ermənistana da sement ixrac edir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK