Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası üzvləri Urmu gölünün vəziyyəti ilə bağlı bəyanatı yayılıb.
Bəyanat müəllifləri vətəndaşlar üçün, xüsusilə azərbaycanlılar üçün həm də misilsiz iqtisadi önəm kəsb edən gölün yox olmaq ərəfəsində olduğu, milyonlarla əhalini ziyanlı duz fırtınaları təhlükəsinin gözlədiyini yazıblar.
“Bundan öncə ekoloqların və ətraf mühit fəallarının təkid və xəbərdarlıqlarına ciddi diqqət yetirilmədiyi üçün hazırda təbii fəlakət yaşanır.
Bundan əvvəlki hökumət Urmu gölünün bərpası qərargahı yaradaraq oraya 5 trilyon tümən vəsait ayrıldığını desə də, bu pulların çoxunun bərpa işlərinə xərclənmədiyi barədə məlumatlar yayılıb.
Hazırda ölgəmiz təbii fəlakətin astanasındadır və hökumətdən təcili larq gölün bərpası, fəlakətin qarşısının alınması üçün əməli addımlar atmasını istəyirik”,- bəyanat müəllifləri qeyd ediblər.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası üzvləri problemin qarşısının alınması üçün hakimiyyətə 9 bəndlik təkliflər veriblər.
Təkliflər arasında gölə axan çayların üzərində bəndlərin tikintisini dayandırmaq, gölün illik su payını vermək, gölün ortasından salınan yolu dəyişdirmək, bölgədə suvarma sistemini odernləşdirmək və başqa vacib məsələlər əks olunub.