Güneyli vəkil Almaniyada mükafatlandırıldı

by Samir Asadli

Almaniyada tanınmış güney azərbaycanlı hüquqşünas Sina Yusifi və daha beş iranlı vəkil Mustafa Nili, Məhəmməd Nəcəfi, Səid Ətai Keçovi, Giti Şafei və Əmirsalar Davudiyə Holtfort mükafatı  verilib.

Bubarədə güneyli vəkil Sina Yusifi məlumat yayıb.

Almaniyada qeyri-hökumət mükafatı olan Holtfort mükafatı vəkillərə insan haqları sahısindəki fəaliyyətlərinə görə təqdim olunub.

Holtfort Fondu hər il bu sahədə fəal olan hüquq müdafiəçilərini və hüquqşünasların fəaliyyətlərini qiymətləndirir və seçilənlərə mükafatlar verir.

Azərbaycan İnsan Haqları Təşkilatının vitse-prezidenti Sina Yusifi bundan əvvəl İranda müxtəlif vaxtlarda Azərbaycan Milli Hərəkatının həbs edilən bir sıra fəallarını müdafiə edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK