Təbrizli vəkil və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzavü Əmir Mehdipura Təbrizin ikinci Cəza Məhkəməsinə getməsi ilə bağlı çağırış göndərilib.
Əmir Mehdipur Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxmasına qadağa ilə cəzalandırılıb.
Xatırladaq ki, Əmir Mehdipur 17 oktyabrda həbs edilərək Təbriz zindanına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.
Əmir Mehdipurla yanaşı Sina Yusifi, Negin iyani, Qasım Bodi də həbs edilərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.