Güneyli vəkil Qasım Bodi məhkəməyə çağırılıb

by Samir Asadli

Təbrizdə yaşayan güneyli vəkil Qasım Bodi barəsində açılan cinayət işinin bağlanmasına baxmayaraq yenidən məhkəməyə çağrılıb.

İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda ondan Təbriz Baş və İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası 2-ci şöbəsinə getməsi istənilib.

Qeyd edək ki, güneyli vəkil Qasım Bodi 2022-ci ilin 15 oktyabrında Təbrizdəki şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

O, 40 gün istintaq təcridxanası və Təbriz həbsxanasında saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK