Güneyli xanım fəal həbsxanaya köçürülüb

by Samir Asadli

Əslən Güney Azərbaycandan Ərdəbil bölgəsindən olan və Tehranda yaşayan ictimai fəal Tahirə Becrəvani Tehran şəhərinin Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb.

Xanım fəal 2022-ci il dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində iş yerində təhlükəsizlik məmurları tərəfindən həbs edilərək təhlükəsizlik təcridxanasına aparılmışdı.

O, bundan öncə 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən həyat yoldaşı Əli Fətuhinin qətlinin araşdırılmasını tələb etdiyi və hakimiyyəti ittiham etdiyinə görə həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK