Güneyli xanım fəal məhkəməyə çağrıldı

by Samir Asadli

Təbrizin İnqilab Məhkəməsinin 2-ci bölməsi milli-mədəni fəal Sima Əlipura çağırış göndərərək aprelin 1-də məhkəməyə getməsini istəyib.

Sima Əlipur və həyat yoldaşı Mir Davud Seyid Rəxşani 29 may 2022-ci ildə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının evlərinə hücum etməsindən sonra həbs olunmuşdular.

Fəalların evinə basqın edən məmurlar onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparıblar.

Fəallar 6 iyun 2022-ci ildə 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK