Tehranın Evin zindanının təhlükəsizlik bölməsi olan 209-cu bölmədə saxlanılan azərbaycanlı xanım Tahirə Becrəvaninin həbs müddəti daha bir ay uzadılıb.
Qeyd edək ki, əslən Ərdəbildən olan xanım fəal 2022-ci il dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində iş yerində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Bundan öncə 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.