Güney azərbaycanlı sosial media istifadəçiləri “Hüseyniyyun” terror təşkilatının fəaliyyətinə görə hökumətə müraciət ediblər.
Onlar bununla bağlı sosial media kanallarında paylaşımlar edib, hökumətə müraciət ünvanlayıblar.
Güneyli sosial media istifadəçiləri qruplaşma üzvlərinin Azərbaycana qarşı təxribatçı fəaliyyətlər göstərmələri və həqiqətə uyğun olmayan təbliğatlar aparmaları barədə İran hökumətinə xəbərdarlıq ediblər.
Bildiriblər ki, Azərbaycana qarşı belə təxribatçı fəaliyyətlər İranda yaşayan çox milyonluq azərbaycanlıların hakimiyyətə qarşı çıxmaları ilə nəticələnəcək.
Qeyd edək ki, son günlər “Hüseyniyyun” qruplaşmasının üzvləri İranın dövlət televizyası kanallarında çıxışları artıb.
Onlar Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırır, Azərbaycan hökumətinə qarşı çağırışlar edirlər.